“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib

 

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib.

Bu barədə qərarı Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov imzalayıb.

Qərarda qeyd olunur ki, milli qoruq statusu “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 19 yanvar tarixli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna verilib.

Qərarda, həmçinin Dövlət Turizm Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Paylaş