Yerli turizm şirkətləri arasında müsabiqə keçiriləcək

 

Çin Xalq Respublikası ilə turizm sahəsində əməkdaşlıq əlaqələrini quraraq bu ölkədən Azərbaycana daimi turist axınını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında Çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb.

Sənədin imzalanması nəticəsində Azərbaycanın Çin Xalq Respublikasının ADS (Approved Destination Status) sisteminə qoşulacağı planlaşdırılır. Rəsmi sənədin tərkib hissəsi olan "DTA tərəfindən tövsiyə edilən Azərbaycan turizm şirkətlərinin siyahısı" adlı əlavəyə daxil olmaq üçün yerli turizm şirkətləri arasında müsabiqə keçiriləcək.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Çinli turistlərin ölkəmizə səyahətlərinin təşkil edilməsində maraqlı olan və qarşı tərəfin tövsiyə edilən turizm şirkətləri ilə müqavilə imzalayaraq əməkdaşlıq aparmaq istəyən turizm şirkətlərini, müsabiqədə iştirak etməyə dəvət edilir.

Formanı ən gec 30 Aprel 2019-cu il daxil olmaqla təsdiq oluna bilər.

Seçilmiş şirkətlər 15 May tarixində elan olunacaqlar. 

Hər hansı sualınız yaranarsa javid.abdullayev@tourism.gov.az email ünvanına yönləndirə bilərsiniz. 

QEYD

Çin Xalq Respublikasının Təsdiq Edilmiş Ölkələr Statusu (Approved Destination Status) Sisteminə daxil olmaq üçün müraciət forması yalnız şirkətin imza səlahiyyəti daşıyan şəxs tərəfindən doldurula bilər. 

Təqdim edilən məlumatların Dövlət Turizm Agentliyi tərəfindən konfidensiallığına təminat verilir və turizm şirkətlərinin razılığı olmadan heç bir halda üçüncü tərəfə ötürülməsinə yol verilmir. 

Müraciət forması: https://bit.ly/2Dr0FFo

Paylaş

Əvvəlkİ

Bakı-Sumqayıt-Bakı qatarlarının qrafiki dəyişdirilir - DİQQƏT

Sonrakı

Azərbaycan və BƏƏ turizm şirkətləri arasında görüşlər keçirilib - FOTOLAR

Подписывайся

Подписывайся на нашу рассылку