Yerli turagentliklər üçün növbəti təklif - MƏLUMAT

 

Azərbaycan Turizm Bürosu 6-10 oktyabr 2019-cu il tarixlərində Səudiyyə Ərəbistan Krallığının üç şəhəri  və BƏƏ-nin iki şəhərində B2B formatında ardıcıl seminarlar (workshop) təşkil edəcək.

Turizmplus.az xəbər verir ki, seminarların məqsədi Azərbaycanın turizm potensialının təqdimatı və ölkənin turizm sahəsində fəaliyyət göstərən aparıcı şirkətləri ilə Ciddə, Ər-Riyad, Dammam, Dubay v Əbu-Dabi şəhərlərində fəaliyyət göstərən turizm şirkətlərinin ikitərəfli görüşlərinin keçirilməsidir.

Təqvim:

- 6 oktyabr 2019-cu ildə Ciddə şəhərində

- 7 oktyabr 2019-cu ildə Ər-Riyad şəhərində

- 8 oktyabr 2019-cu ildə Dammam şəhərində

- 9 oktyabr 2019-cu ildə Əbu-Dabi şəhərində

- 10 oktyabr 2019-cu ildə Dubay şəhərində

İştirak haqqı 500 avrodur. Səyahət xərcləri iştirakçı tərəfindən ödənilir.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSdk6iNGv830ZUbmNNPVZixJpU79Ny8e7Z_UFQu78pAL6h17Eg/viewform

Paylaş

Əvvəlkİ

Париж и Лондон закипают из-за адской жары

Sonrakı

"Boulevard Hotel Baku"da yay istirahəti xərcləri - QİYMƏTLƏR

Abunə olun

Xəbərlərimizə abunə olun