Yeni turizm reyestri barədə ilkin məlumat

 

"Reyestr onlayn qaydada "cloud" yəni bulud platforması rejimində fəaliyyət göstərəcək".

Turizmplus.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmitd deyib.

"Burada sadecə Azərbaycanda fəaliyyət göstərən biznes müəssisələri deyil eləcə də şəbəkə şəkilində biznes tərəfdaşların və partnyorların da siyahısı daxil ediləcək. Bunun də səbəbi var: Əgər xarici bir şirkət Azərbaycanda etibarlı tərəfdaş tapmaq istəyirsə həmin reyestra daxil olmaqla özü üçün konkret müəyyənləşmiş göstərilən meyyarlar əsasında özünə ən müvafiq olan biznes tərəfdaşını tapa biləcək. Gələcəkdə isə həmin sistemdə mümkün investisiya proqramlarını, imkanlarını bunlarla yanaşə turizm bələdçisi, mehmanxana, restoran, eləcə də bir sıra digər xidmətləri özündə ehtiva edən mikro mühiti sistemə daxil ediləcək" - deyə baş icraçı direktoru qeyd edib.