Yeni Suraxanı ərazisindən Heydər Əliyev Beynəlxalq Aeroportuna gəlmək artıq daha rahatdır

 

“28 May” – Hava Limanı istiqamətində hərəkət edən “Express” avtobusların dayanacaq məntəqələrinin sayı artırılıb.

Turizmplus.az xəbər verir ki, BakuBus H1 Aeroport ekspress marşrut xətti üzrə avtobuslar Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edərkən Heydər Əliyev prospektinin Səttar Bəhlulzadə (Bülbülə qəsəbəsinə giriş, Saatın yanı) və 14 iyul küçələri ilə kəsişmədəki (Yeni Suraxanı qəsəbəsinə girişdə yerüstü piyada keçidinin yanında) dayanacaqlarda dayanması təşkil edilib.

Paylaş