Yeni ili Dubayda qeyd etmək istəyənlərin nəzərinə

 

Yeni ili Dubayda qeyd etmək istəyənlər "Fly Dubai" aviaşirkətinin endirimlərindən yararlana bilər.

Turizmplus.az xəbər verir ki, Bakı-Dubay-Bakı reysinin uçuş tarixləri 29 və ya 30 dekabr - 2 və ya 3 yanvarı əhatə edir. Aviabiletlərin qiymətləri 20 kq baqaj daxil olmaqla isə 540 AZN-dən başlayır. 

Qeyd edək ki, endirimli biletlər individual şəklində, yalnız gediş-gəliş olmaq şərti ilə təklif olunur.

Paylaş