Yeni açılmış Bakı - Dehli reysinin QİYMƏTLƏRİ

 

AZAL bu ilin 25 iyun tarixindən etibarən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri - Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.

Turizmplus.az bu reysə olan biletlərin qiymətlərini araşdırıb. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı Bakı-Dehli, çərşənbə günü isə Dehli-Bakı təşkil olunur. Bir tərəfə gedişin ekonom klass üçün qiyməti 830 AZN-dən, gediş-dönüş biletinin qiyməti isə 1245 AZN-dən başlayır.

Təbii ki, biznes klassda qiymətlər fərqlidir; Daha komfortlu uçmaq istəsəniz tək gediş üçün 2040 AZN, gediş-dönüş üçün isə 3310 AZN-dən keçməli olacaqsınız.

Onu da qeyd edək ki, bu istiqamətdə digər hava yollarının da transit uçuşları həyata keçirilir ki, bu uçuşların biletləri gediş-dönüş üçün 900 AZN-dən başlayır.

Paylaş

Əvvəlkİ

İlk beş ay ərzində 1,85 milyon sərnişin - STATİSTİKA

Sonrakı

Prezident İlham Əliyev "Yanardağ” qoruğunun açılışında iştirak edib - FOTOLAR

Abunə olun

Xəbərlərimizə abunə olun