Yekaterinburq şəhərindən Bakıya hava reyslərinin sayı artırılacaq


Bu yay Rusiyanın Yekaterinburq şəhərindən Bakıya hava reyslərinin sayı artırılacaq.

Koltsovo aeroportunun mətbuat xidmətinin verdiyi məlumatına əsasən, bu marşruta “İrAero” aviaşirkətinin təyyarələri cəlb olunacaq.

Əlavə uçuşlar iyunun 18-dən etibarən həyata keçiriləcək. İlk hava reysi Bakı vaxtı ilə qeyd olunan gün saat 16.30-da gerçəkləşəcək və səyahət üç saata yaxın çəkəcək.

Hava reysində 103 sərnişin tutumu olan “Sukhoi Superjet 100” təyyarəsindən istifadə olunacaq.

Paylaş

Əvvəlkİ

В Канаде построили огромный снежный лабиринт

Sonrakı

«Победе» предложено закупить самолёты МС-21 вместо «Боингов»

Подписывайся

Подписывайся на нашу рассылку