“Yanar dağ” Qoruğunda görülən yeni işlər, dəyişikliklər, qiymətlər - ARAŞDIRMA

 

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisində Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosu tərəfindən son aylarda aparılan yenidənqurma və abadlıq işləri yekunlaşmaq üzrədir. Yenidənqurma işlərinin nəticəsi olaraq, qoruğun qonaqları yalnız yanan dağı müşahidə etmək ilə kifayətlənmiyəcəklər. Artıq orada muzey, emalatxana otağı, kafe, suvenir mağazası, Kromlex daş sərgisi, amfiteatr, uşaqlar üçün oyun meydançası fəaliyyət göstərəcək. Əlavə olaraq, Qırməki vadisini müşahidə nöqtəsi, palçıq vulkanı, Osmanlı səngərləri, Kükürdlü bulaqlar və Kurqan qəbri təlim keçmiş bələdcilər tərəfindən nümayiş etdiriləcək.

Bu səbəbdən, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu artıq bir ziyarət məntəqəsindən ətrafında bütün zəruri infrastruktur obyektləri ilə birlikdə turizm kompleksinə çevrilmişdir.

Yenidənqurulan “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu giriş biletlərinin