Xüsusi quşların turistlər tərəfindən kütləvi ovlanması ilə bağlı ARAŞDIRMA

 

Son günlər sosial şəbəkələrdə aktivistlər tərəfindən təhlükədə olan quşlar siyahısına daxil edilmiş quşların ərəb turistləri tərəfindən ovlandığına dair paylaşımlar edilir.

Onların sözlərinə görə, "Gulf Hunting Azerbaijan" şirkəti tərəfindən təşkil olunan ov turları zamanı ərəb turistlər bir çox quş növlərini kütləvi halda qanunsuz ovlayırlar. Bu quşların arasında adı təhlükədə olan quşlar siyahısına daxil edilən bəzgək (lat. Tetrax tetrax) və turac (lat. Francolinus francolinus) quşları da mövcuddur. Daha bir maraqlı məqam ondan ibarətdir ki, adıçəkilən turizm şirkətinin sahibi əslində Küveyt əsilli ərəbdir. Ovlanan quşların fotoları və onları ovlayan insanların instagram  profilləri də aktivistlər tərəfindən aşkara çıxarılaraq sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə bağlı Turizmplus.az saytı da araşdırma aparıb və ilk olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məsələyə münasibətini öyrənməyə çalışıb. Bizim