Xəzər dənizinin sahilində yeni otel fəaliyyətə başlayıb - FOTOLAR

 

Buzovnada yerləşən, Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Xəzər İnci Oteli ziyarətçilərin ixtiyarına verilib.

Turizmplus.az xəbər verir ki, otelin fəailiyyəti "Horeca Managment" şirkətinə həvalə olunub. Şirkət nümayəndəsi Rəşad İlyasovun sözlərinə görə otel müasir standartlara tam cavab verir.

"Otelimizdə 29 otaq müştərilərimizin istifadəsinə verilib. Bununla yanaşı açıq hovuz, fitnes zalı və konfrans zalı da yerləşir. Milli mətbəxin bütün təamlarını qonaqlarımıza ən dadlı formada təklif edəcəyik. Turizm şirkətləri ilə düzgün formada əməkdaşlıq etmək haqqında düşünürük. Qonaqlarımıza yüksək səviyyədə xidmət göstərməyə və bunu stabil saxlamağa çalışacağıq. Çünki, şirkətimizin gizli qonaq xidməti də var. Vaxtaşırı gizli yoxlamalar olur, xidmət səviyyəsi ölçülür, hər hansı nöqsanlar olarsa hesabatlar hazırlayırıq. Bunun da əsasında bu çatışmazlıqlar qısa müddətdə aradan qaldırılır" - deyə Rəşad İlyasov bildirib.

Açılış mərasimində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, universitetin rəhbər heyəti, turizm şirkətlərinini nümayəndələri iştirak ediblər. Tədbir əməkdar artisr Şəhriyar İmanov, rəqs qrupları və müğənnilərin ifaları ilə davam edib. 

 

Paylaş

Əvvəlkİ

Turizm sahəsinin iş adamları bir araya gəlib - FOTOLAR

Sonrakı

Курорты Эгейского побережья в Турции затянуты дымом из-за лесных пожаров

Abunə olun

Xəbərlərimizə abunə olun