"Xəzər adaları" 10-20 il ərzində tikiləcək ən qeyri-adi şəhərlərin siyahısınıda - VİDEO

 

Rusiyanın “RBK” informasiya agentliyi yaxın 10-20 il ərzində tikiləcək ən qeyri-adi şəhərlərin siyahısını tərtib edib.

Sözügedən siyahıda Bakının “Xəzər adaları” da yer alıb.

“Memarlar Xəzər dənizində ümumi sahəsi 30 kv.km. olacaq 41 süni ada yaratmaq istəyir. Layihəyə 2011-ci ildə start verilib, 2014-cü ilə qədər bir çox göydələnlər tikilib və çimərlik zonası açılıb. 800 min sakin üçün nəzərdə tutulan yaşayış evlərindən savayı, “Xəzər adaları”nda “Formula-1” yarışları üçün trek, yaxt-klub, hava limanı və 150 km. uzunluğunda bulvar tikiləcək. Daha bir gələcək rekordçu – “Azərbaycan” qülləsi... Onun ehtimal olunan hündürlüyü 1050 metrdir. Bu da BƏƏ-dəki dünyanın ən hündür binası kimi qəbul edilən “Bürc-Xəlifə” göydələnindən 222 metr çoxdur. “Azərbaycan” qülləsinin tikintisinin bu il, bütün arxipelaqın isə 2022-ci ildə yekunlaşması planlaşdırılır”, - deyə “RBK” yazıb.

 

Paylaş

Əvvəlkİ

Şahdağ Turizm Mərkəzi TƏCRÜBƏ PROQRAMI elan edir

Sonrakı

Türk Hava Yolları yeni istiqamətə uçacaq - FOTOLAR

Подписывайся

Подписывайся на нашу рассылку