Xarici vətəndaşlardan milli dəyərlərimizə qarşı hörmətsizlik - VİDEO

 

Sosial şəbəkələrdə Hindistandan gələn xarici vətəndaşların şən mahnı oxuduğu və rəqs etdiyi video paylaşılır.

Turizmplus.az xəbər verir ki, bu kadrlar Azərbaycan vətəndaşları arasında hiddətə səbəb olub. Çünki kadrların bəziləri Şəhidlər Xiyabanında lentə alınıb. Aydın görünür ki, xarici vətəndaşlar mənəvi hissləri və olduqları məkanı nəzərə almayaraq oxuyub, rəqs edirlər. 

Əlbəttə ki, bu vətəndaşları bura kimlərsə gətirib və yer seçimində onlara yardımçı olublar. Əsas suallar ortaya çıxır: Kimlər? Deyək ki, xarici vətəndaşlar bizim dəyərlərimizi bilmir, bəs özümüzünkülərə nə olub?

Videonu izləyicilərimizə təqdim edirik: