Vizaların verilmə prosesi 30 saniyəyə qədər azaldılıb

 

UEFA Avropa Liqasının finalı ilə əlaqədar Bakıya gələn turistlər üçün gəliş vizalarının verilməsi proseduru asanlaşdırılıb. 

Turizmplus.az xəbər verir ki, “ASAN Viza” əməkdaşlarının finala sayılı günlər qalmış gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri planlaşdırılır. Həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda “ASAN Viza” xidmət terminallarının və əməliyyat pəncərələrinin sayı iki dəfədən çox artırılıb, gəliş vizalarının verilməsi proseduru sadələşdirilib, UEFA Avropa Liqasının finalı ilə bağlı vizaların verilməsi 30 saniyəyə qədər azaldılıb.

Elektron “ASAN Viza” turistlərə ölkəmizdə 30 gün ərzində qalmağa imkan verir və birgirişli vizadır. Yaxın vaxtlarda bu viza multiviza, yəni çoxgirişli viza ilə əvəz olunacaq. Turistlər çoxgirişli viza ilə ölkəmizdə daha uzun müddətdə qala biləcək və həmin vizadan bir neçə dəfə istifadə edə biləcəklər.

Qeyd edək ki, “ASAN Viza” sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron vizaların verilməsi həyata keçirilir.

Paylaş

Əvvəlkİ

Dubayda tranzit turistlər üçün abonement buraxılıb

Sonrakı

“Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək - AFİŞA

Abunə olun

Xəbərlərimizə abunə olun