Velopaylaşım məntəqələrinin yaradılmasında ilkin addım - VELOSİPED YOLLARI

 

Bakı küçələrində velosiped yollarının hazırlanmasına başlanılıb.

Paytaxtın bütün mərkəzi küçələrində nəzərdə tutulan veloyolların hazırlanması işlərinə şəhərin mərkəzində, Puşkin bağının yanında start verilib.

Bir istiqamətdə eni 1.50 sm – ikitərəfli istiqamətdə isə eni 3 metr olan veloyol dünya standartları səviyyəsində qurulur. Yolda gözdən əlillərin hərəkəti də nəzərə alınıb. Belə ki, veloyollarda sarı rəngli keramika və qranitdən istifadə olunub. Habelə, yol nişanlarının qoyulması da nəzərdə tutulur.

Qeyd edək ki, bu barədə açıqlamanı bir neçə gün öncə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov vermişdi. 

Marja.az

Paylaş

Əvvəlkİ

"Gulf Air" payız endirimlərinə start verdi - QİYMƏTLƏR

Sonrakı

Oktyabrın 9-a olan günün əsas turizm xəbərləri - TurizmplusTV

Подписывайся

Подписывайся на нашу рассылку