"Ümumdünya Turizm Günü münasibətilə hər birinizi təbrik edirəm" - FUAD NAĞIYEV

 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Ümumdünya Turizm Günü münasibətilə turizmçiləri təbrik edib. 

Turizmplus.az təbrikin tam mətnini oxucularına təqdim edir:

"Hörmətli turizm işçiləri, əziz həmkarlar,

27 sentyabr Ümumdünya Turizm Günü münasibətilə hər birinizi təbrik edirəm.

2016-cı ildən etibarən ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunan bu tarix həm də turizm sahəsində çalışanların peşə bayramıdır.
Dövlət Turizm Agentliyi olaraq əsas vəzifəmiz turizm potensialımızı təbliğ etməklə, yeni turizm məhsulları yaratmaqla, mövcud imkanlardan maksimum səmərəli istifadə etməklə ölkəmizi regional və qlobal turizm mərkəzi kimi tanıtmaq, Azərbaycana daha çox turistin gəlməsinə nail olmaqdır.

Bu vəzifələrin icrasında əsas məqsədimiz isə iqtisadiyyatın inkişafına, məşğulluq səviyyəsinin artmasına, insanlarımızın rifah halının yaxşılaşmasına töhfə verməkdir.

Təsadüfi deyil ki, bu il Ümumdünya Turizm Günü “Turizm və iş yerləri: hamı üçün daha yaxşı gələcək” şüarı altında keçirilir. Bütün dünyada olduğu kimi Azərbaycanda da turizm cəmiyyətin sosial, mədəni, iqtisadi həyatına təsir edən, dəyər qatan əsas amillərdən biridir. Turizmin inkişafı hamı üçün daha yaxşı, daha proqressiv gələcək deməkdir.

Əlbəttə, turiz