UEFA Avropa Liqasının finalı dövründə Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verənlər - FOTO - VİDEOHESABAT

 

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib. Onlardan 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşmüşdür.

Turizmplus.az “Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətinə istinadən bildirir ki, bütün mülki aviasiya strukturları UEFA Avropa Liqasının finalının keçirildiyi dövrdə ölkəyə gələn qonaqlara və idmançılara yüksək səviyyəli xidmət göstərilməsini təmin edib.

Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib. Sərnişin axını və uçuş-eniş əməliyyatları üzrə hava limanının infrastrukturunda yüklənmənin pik vaxtının bugün də müşahidə edilməsi gözlənilir. Gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 164 reysə və 18 mindən çox sərnişinə xidmət göstərəcək.

Paytaxtın hava limanından mayın 30-da rekord sayda - 100-dən çox təyyarə uçuş həyata keçirəcək.

2-002

Reyslərin çoxu London-Bakı-Lo