Ucuz aviabiletləri əldə etməyin üsulları və düzgün vaxt seçimi

 

Bəzi hallarda səyahətçilər aviabiletlərin baha olmasından şikayətçi olur. Bu hal onların daha az gəzib-görməsinə gətirib çıxarır.

Turizmplus.az komandası olaraq ucuz aviabiletlər almaq üçün şəxsi təcrübəmizə əsaslanan, sınanmış və yararlı fikirləri sizinlə bölüşürük.

1) Səyahətinizi əvvəldən planlaşdırın. Aviabiletinizi isə bir neçə ay, hətta yarım il öncədən alın. Belə olan halda siz aşağı tarifləri “yaxalaya” biləcəksiz.

2) Səyahətə bazar günü gedin. Ən ucuz aviabilet tarifləri bazar günü olur. Bazar ertəsi səhər və cümə günü axşam reysləri digərlərinə nisbətən daha baha başa gəlir.

3) Mövsümdən kənar səyahətlər ucuz aviabiletlər tapmaq üçün daha əlverişlidir.Bu nəinki sizə aviabilet və otel qiymətlərində yardım göstərəcək, siz həm də turistlərin az olduğu vaxtda hər hansı şəhərdən və ya təbiətdən zövq alacaqsınız.

4) Seçim zamanı eyni aviaşirkətdən gediş-dönüş bileti almağa üstünlük verin. Tək yön aviabiletlərə nisbətən belə daha ucuz olacaq.

5) Birbaşa uçuş prinsipial deyilsə transit uçuşları seçin. Düzdür bu daha tez uçmaq variantı deyil amma daha ucuz variantdır.

6) Hava yollarının endirim kampaniyalarını izləyin. Bu kampaniyalar daha çox avqust-sentyabr və yanvar-fevral aylarına düşür. Bu zaman siz standart biletdən 30% daha aşağı qiymətə tapa bilərsiniz.

7) www.triponline.az saytında keçiriləcək müsabiqələrdə iştirak edin, xüsusi endirimlər və hədiyyə aviabiletlər qazanın.

Paylaş

Əvvəlkİ

AZTA sədri Azərbaycan və Rusiya arasında turizm əməkdaşlığının perspektivlərindən danışıb

Sonrakı

Uzaq ancaq xəyallarımızın şəhərlərinə endirimli aviabiletlər

Abunə olun

Xəbərlərimizə abunə olun