"Türkiyəyə səfər planlaşdıranlar arasında kütləvi şəkildə imtina halına rast gəlməmişik" - EKSPERTLƏR

 

Məlum olduğu kimi, Türkiyədə meşə yanğınları bu ölkənin demək olar ki, bütün  istiqamətlərinə ciddi təsir göstərib. Yanğının turizm bölgələrində də baş verməsi və yayılması həmin ərazilərdə istirahətdə olan və səfər planlaşdıran turistləri çətin vəziyyətdə qoyub. Xüsusilə Bodrumda, Muğlanın Marmaris, Milan rayonlarında və Aydın vilayətinin mərkəzində baş verən yanğınlar yerli turizmə böyük təsir göstərib. 

Bu vəziyyət həmçinin Türkiyənin sözügedən bölgələrinə, ona yaxın ərazilərə tətil planlaşdıran azərbaycanlı turistlərin də planını pozub. 

Xüsusilə də turizm şirkətləri vasitəsilə qardaş ölkəyə səfər edən və bunun üçün müəyyən qədər məbləğ ödəyən azərbaycanlı turistlərin baş vermiş yanğınla əlaqədar istirahətləri yarımçıq qalıb. Belə halda soydaşlarımız ödədikləri məbləği geri ala bilməyəcəklərindən narahatdırlar, çünki turizm agentlikləri sözügedən məbləğin geri qaytarılmasında problemlər yaradırlar. 

Digər problem isə, turizm şirkətlərinin turistləri tətil üçün yanğının söndürüldüyü ərazilərə yönəltməyə çalışdıqları ilə bağlı məlumatlar var. 

Məsələni aydınlaşdırmaq ü&c