Türkiyənin 5 ulduzlu otelləri Bakıda - FOTOLAR


Bakıda "Alaska tour" və "Mariott" otellər şəbəkəsinin təşkilatçılığı ilə möhtəşəm tədbir keçirilib.

Turizmplus.az xəbər verir ki, təntənəli gecədə Türkiyənin 5 ulduzlu otellərinin nümayəndələri, turizm peşəkarları, eyni zamanda media nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə Qlobal Sağlamlıq Turizmi Şurasının prezidenti Ruslan Quliyev açıb. 

Daha sonra sözü tədbirin təşkilatçıları alıb, görülən işlər və gələcək planlar barədə məlumat veriblər. 

Qeyd edək ki, gecədə "İstanbul Mariott Hotel Asia," "Marriott İnternational," "The Bodrum Edition," "Sheraton Bursa Hotel," "Sheraton Grand Adana Hotel," "The Ritz-Carlton," "Lugal, A Luxury Collection Hotel Ankara," "AC Hotel İstanbul Moçka," "The Sofa Hotel", "LE Meridien İstanbul Etiler", "Renaissance Bosphorus hotel” "Polat renaissance hotel”  "W Hotel”-lərin rəsmi nümayəndələri iştirak edib.  

Gecə musiqili proqram və hədiyyəli müsabiqə ilə davam edib.



Paylaş

Əvvəlkİ

Limon Festivalı keçiriləcək - 16 FEVRAL

Sonrakı

Müflis olmuş aviaşirkət sərnişinlərin pullarını geri qaytarmayacaq

Подписывайся

Подписывайся на нашу рассылку