Türkiyədə otel kimi fəaliyyət göstərən gəmi - FOTOLAR

 

Türkiyənin Bursa şəhərində yerləşən Otantik gəmi-otelə maraq artır.

Turizmplus.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə gəmi-otelin satış meneceri Nurcan Yılmaz məlumat verib.

O bildirib ki, otelə dünyanın dörd bir yanından qonaq gəlir. 1961-ci ildə İngiltərədən alınan və 2000-ci ilə qədər İstanbul adalar arasında fəaliyyət göstərən gəmi 2006-cı ildə təmirə dayanıb. İki illik təmirdən sonra gəmi otel kimi fəaliyyətə başlayıb.

Uzunluğu 46 metr, eni 11 metr olan bu unikal gəmi-otel hazırda 20 otaqla dünyanın müxtəlif yerlərindən gələn turistlərə xidmət göstərir.

Qeyd edək ki, dünyada cəmi üç gəmi-hotel mövcuddur.