Türkiyə nəhəngi Bakıya gəldi - FOTOLAR

 

Türk Hava Yollarına məxsus Boeing 777-300ER təyyarəsi Bakıya gəlib. 

Turizmplus.az xəbər verir ki, TK 337 saylı İstanbul-Bakı reysini yerinə yetirən təyyarə bir neçə saat öncə Bakıya enib. Gəlin bu istiqamətlərdə görməyə alışmadığımız təyyarə ilə tanış olaq... 

Türk Hava Yolları ilk dəfə 24 dekabr 2008-ci ildə bu model təyyarəni donanmasına qatıb. Nəhəgin boş ağırlığı 167.8 ton, uzunluğu 73.9 metr, qanad açıqlığı 64.8 metr, hündürlüyü isə 18.5 metrdir. Maksimum sürəti 950 km/s olan təyyarə 13.140 m yüksəyə qalxaraq 14.690 km məsafə qət edə bilər.

Təyyarənin biznes salonunun oturacaqları 180 dərəcə açılır və oturacaqlar arasında məsafə 198 sm təşkil edir. Ekonom salonda oturacaqların məsafəsi isə 81 santimetrdir. Sərnişin tutumu 349 nəfər olan təyyarə 11 saatdan çox uçuş həyata keçirə bilir. 

Onu da qeyd edək ki, noyabrın 16-da İstanbuldan Bakıya daha bir nəhəng Airbus A330-200 təşrif buyuracaq.