Türk Hava Yollarına aid təyyarə eniş zolağından çıxdı - QƏZA

 

İzmir-İstanbul uçuşunu reallaşdıran Türk Hava Yollarının (THY) Boeing 737-800 tipli təyyarəsi səhər saat 07.30-da İstanbul Hava Limanına enərkən terminalın uçuş zolağından çıxıb. 

Turizmplus.az Türkiyə mediasına istinadən xəbər verir ki, təyyarədəki 147 sərnişin problemsiz şəkildə təxliyə edilib.

Türk Hava Yolları hadisə ilə bağlı məlumat yayıb. 

“Türkiyə Cümhuriyyətinin (TK2307 uçuş nömrəli İzmir (ADB) - İstanbul (İST)) sərnişin təyyarəsi saat 07.28-də hava limanına endikdən sonra xətdən çıxıb. “B737-800” tipli təyyarəmizdəki 147 sərnişinin hər biri və 7 heyət üzvü heç bir xəsarət almadan təyyarədən təxliyə edilib. Hava limanının işi maneəsiz davam edir. Hadisənin səbəbləri ilə bağlı araşdırmalar aparılır. Bütün sərnişinlərimizə və komandamıza keçmiş olsun”, - deyə açıqlamada bildirilib.

Təyyarənin xəttdən çıxmasının səbəblərini araşdırmaq üçün texniki baxışa göndərildiyi də qeyd olunub.

Paylaş

Əvvəlkİ

Rostov-Bakı birbaşa reysi açıla bilər

Sonrakı

Выдающийся архитектор современности оштрафован за ненадежный мост в Венеции

Подписывайся

Подписывайся на нашу рассылку