Türk Hava Yolları yeni istiqamətə uçacaq - FOTOLAR

 

Türk Hava Yolları ilə Meksikanın Azərbaycan Respublikasındakı Səfirliyi birgə tədbir keçirib.

Turizmplus.az xəbər verir ki, iyunun 2-də Meksika səfirliyində keçirilən tədbirdə Səfir Rodrigo Labardini, Türk Hava Yollarının Bakı ofisinin rəhbəri Seyfullah İlyas, eyni zamanda yerli turizm şirkətlərinin nümayəndələri iştirak edib. Tədbir zamanı Səfir Meksikanın turizm potensialı haqqında məlumat verib.

Bununla yanaşı, Türk Hava Yollarının yeni Cancun reysinin təqdimatı da baş tutub. Uçuşlar İstanbul-Mexiko-Cancun-İstanbul olmaqla 2019-cu ilin avqust ayının 21-dən start götürəcək.

Təqtimatın sonunda müsabiqə keçirilib və qaliblər müəyyənləşib.