Türk Hava Yolları və yerli turizm şirkətlərinin nümayəndələri arasında görüş keçirilib - FOTOLAR


Bir sıra turizm şirkətlərinin rəhbərlərinin təşəbbüsü ilə fevral ayının 11-də Türk Hava Yolları Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas və Azərbaycan turizm şirkətlərinin nümayəndələri arasında görüş keçirilib.

Turizmplus.az xəbər verir ki, turizm şirkətləri və Türk Hava Yolları Bakı ofisinin rəhbəri eyni zamanda nümayəndələri arasında keçən görüşdə 2018-ci ilin yekunları müzakirə olunub. Bununla yanaşı gələcək planlara və 2019-cu ildə görüləcək işlərə də toxunulub.

Görüşdə ötən müddət ərzində turizm şirkətləri və "Türk Hava Yolları" arasında Azərbaycanın zəngin turizm potensialının tanıdılması istiqamətində həyata keçirilmiş əməkdaşlıq əlaqələrinə toxunularaq birgə fəaliyyətin daha da genişlənməsi qərara alınıb.

Sonda görüş şam yeməyi ziyafəti ilə davam edib.



Paylaş

Əvvəlkİ

"Duz, istiot zövqə görə" filmi nümayiş olunacaq - AFİŞA

Sonrakı

Diqqət ! 20-dən çox reys ləğv edildi - SİYAHI

Подписывайся

Подписывайся на нашу рассылку