Türk Hava Yolları çoxsaylı şikayətlərlə bağlı AÇIQLAMA yaydı

 

Son günlərdə Türkiyə daxili uçuşlarda xarici vətəndaşlardan, o cümlədən Azərbaycan vətəndaşlarından test nətciəsi tələb edilməsi (əgər 2 mərhələ vaksinasiya yoxdursa) haqqında Türk Hava Yolları aviaşirkətinə çoxsaylı şikayətlər daxil olub.

Bu haqda aviaşirkətdən Turizmplus.az saytına məlumat verilib: 

"Bu tələb haqqında rəsmi olaraq bizə bildiriş gəlməsə də, Türkiyə daxili havalimanlarında faktiki olaraq test tələb olunduğunun şahidi oluruq.

Bu səbəbdən, əgər sərnişinlərinizin 2 mərhələ vaksinasiyası tamamlanmayıbsa, Türkiyə daxili uçuşlara da test nəticəsi əldə edərək getmələrini tövsiyyə edirik".

Paylaş