Türk Hava Yolları bu istiqamətə hər gün uçuşlar həyata keçirəcək

 

Həftədə 5 dəfə icra edilən İstanbul-Kasablanka-İstanbul uçuşlarının sayı artırılacaq.

Aviaşirkətdən Turizmplus.az saytına verilən məlumata görə, mart ayının 1-dən etibarən reyslər hər gün həyata keçiriləcək. Bütün uçuşlar geniş gövdəli təyyarələr ilə həyata keçirilir.

Onu da qeyd edək ki, Kasablanka ilə Mərakeş arasındakı məsafə maşınla təqribi 2 saat 40 dəqiqə təşkil edir. 

Paylaş