Türk Hava Yolları Bakıdan olan reyslərin sayını artırır - MƏLUMAT

 

Türk Hava Yolları Bakıdan Sabiha Gökçen (SAW) havalimanı və əks istiqamətdəki uçuşların sayını artırır.

Turizmplus.az xəbər verir ki, uçuşlar avqustun 1-dən etibarən həftədə 7 dəfə olmaqla icra ediləcək. Türk Hava Yolları Sabiha Gökçen havalimanından AnadoluJet markası da daxil olmaqla 63 fərqli istiqamətə uçuşlar həyata keçirir. Bunlardan 25-i beynəlxalq, 38-i isə Türkiyə daxili uçuşlardır.

Qeyd edək ki, hazırda Bakıdan həftədə 5 dəfə olmaqla Sabiha Gökçen havalimanına uçuşlar həyata keçirilir.

Paylaş

Əvvəlkİ

Azərbaycanlı turizmçilər üçün Rusiyada B2B formatlı görüşlər - QEYDİYYAT

Sonrakı

Körpə ilə ilk uçuş - AZƏR İSMAYIL YAZIR

Abunə olun

Xəbərlərimizə abunə olun