Turizmplus.az - Turizm İnformasiya Portalı bu gün 1 yaşını qeyd edir

 

Bu gün Turizmplus.az - Turizm İnformasiya Portalı 1 yaşını qeyd edir. "Plus Media Production" şirkətinin tərkibində fəaliyyət göstərən portal 2019-cu ilin fevralın 5-də yaradılıb. 

Turizm İnformasiya Portalı turizm sferasında baş verən bütün yeniliklər, tədbirlər, info-turlar barədə cəmiyyəti operativ və obyektiv məlumatlandırmaq missiyası daşıyır. Portalın müxtəlif kateqoriyalarına yerləşdirilmiş informasiyalardan həm turizm peşəkarları həm də bu sahəyə, ümumiyyətlə səyahətə marağı olan insanlar yararlana bilər. Komandamızın əsas məqsədlərindən biri jurnalistikanın bütün qanunlarına riayət edərək ictimaiyyətdə turizmə maraq oyatmaq, maarifləndirmək, eyni zamanda turizmin inkişafına dəstək olmaqdan ibarətdir.

Turizmplus.az – Turizm İnformasiya Portalı gənc olmasına baxmayaraq oxucular tərəfindən böyük marağa səbəb olub. Saytda yazılan məqalələr, aparılan araşdırmalar və hazırlanan materiallar cəmiyyətin maariflənməsi ilə yanaşı bəzi qaranlıq qalan məsələlərin də həllinə gətirib çıxarıb. 

İxtisaslaşmış sayt olmasına baxmayaraq bu bir il ərzində 100 mindən çox oxucusu, 50 mindən çox izləyicisi olub, saytın daxilində "Turizmplus TV" yaradılıb, Facebook səhifəsi və Youtube kanalı inkişaf edib.

Sonda isə bu yolda bizimlə olan bütün oxucu və izləyicilərimizə təşəkkür edirik, yeni yaşlarda, yeni uğurlarda birlikdə olmaq ümidi ilə !