Turizmplus.az Azərbaycanın ən yaxşı turizm media portalı olmağa namizəddir - FOTO

 

Tourism Lab. MMC-nin təşkilatçılığı ilə “1st Azerbaijan Tourism Awards – A signature of excellence” mükafatlandırma tədbiri keçiriləcək.

Turizmplus.az xəbər verir ki, mükafat Azərbaycan Respublikasında turizm sahəsində fəaliyyət göstərən şirkət və şəxslərə təqdim olunacaq. Mükafatın təqdimetmə tədbiri 6 Oktyabr tarixində Pullman Bakı otelində baş tutacaq. Tədbirdə 250 nərəfə yaxın turizm sahəsində, yüksək vəzifələrdə çalışan mütəxəsislərin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Turizmplus.az Turizm İnformasiya Portalı "Best Tourism Online Media Group" nominasiyası üzrə namizədlərdən biridir.

71586613-861313370936688-2530148870248202240-n

“1st Azerbaijan Tourism Awards – A signature of excellence” mükafatlandırma tədbirinin əsas məqsədi Azərbaycanda turizm və qonaqpərvərlik sənayesində çalışan peşəkarları həvəsləndirmək və dünya səviyyəsində ölkəmizin müsbət imicini yaradan yüksək nailiyyətlər qazanmış turizm şirkətlərini cəmiyyətə təqdim etməkdir. Mükafatlandırma mərasimi, milli və yerli turizm şirkətləri, mehmanxana,  tur operatorlarını, səyahət agentliklərini, səyahət blogerlərini, turizm portallarını və bir çox turizm peşəkarlarını bir araya gətirən bir tədbirdir.

Tədbirin simvolu və logosu kimi “Qarabağ Atı” seçilib. Qarabağ atları xaraktercə sərt, güclü, sadiq və etibarlı. sürətli və çevikdirlər. Logonun qızılı rəngdə olmasının səbəbi isə bu rəngin özündə yaradıcılığı, səyahəti, müxtəlifliyi, müstəqilliyi ehtiva etməsidir. At həmişə fərqli mədəniyyətlərdə qüvvət, qələbə və inkişaf simvolu olmuşdur.

“1st Azerbaijan Tourism Awards – A signature of excellence”  layihəsi turizm sənayesində çalışanlar üçün yaxşı bir çağırış və onların xidmətlərinin yüksək səviyyədə qiymətləndirilməsi üçün motivasiyadır. Tədbirdə 30-a yaxın nominasiya üzrə mükafatlandırma olacaq.

Paylaş

Əvvəlkİ

Hər zaman müzakirə olunan mövzu: Azərbaycana uçan lou-kosterlər - KİÇİK ARAŞDIRMA

Sonrakı

Антарктида тает на глазах: еще минус 1,6 тысяч кв. километров

Abunə olun

Xəbərlərimizə abunə olun