Turizmin inkişafı məsələləri ilə bağlı Konfrans keçirilib - FOTOLAR

 

İyunun 3-də İqtisadiyyat Nazirliyinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Azərbaycanda turizmin inkişaf perspektivləri və bu sahədə fəaliyyət göstərən sahibkarların dövlətin güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması” mövzusunda konfrans keçirilib.

Konfransın keçirilməsində məqsəd turizm sektorunun inkişaf perspektivləri və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən turizmin inkişafına ayrılmış güzəştli kreditlərdən istifadənin səmərəliliyinin artırılması barədə müzakirələrin aparılmasıdır.

Konfransda İqtisadiyyat, Vergilər, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Reklam Agentliyinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Ki