Turizmdən Parlamentə keçid etmək istəyən namizədlərin sayı 3-ə çatdı - ADLAR

 

Artıq hərkəsə məlumdur ki, 2020-ci ilin doqquz fevral tarixində Azərbaycanda növbədənkənar parlament seçkiləri baş tutacaq.

Turizmplus.az xəbər verir ki, seçkilərdə turizm sahəsindən tanıdığımız şəxslərin də namizədliyi qeydə alınıb. Onlardan biri də Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovdur. O, 62 saylı Saatlı seçki dairəsindən öz namizədliyini irəli sürüb:

"62 saylı Saatlı seçki dairəsindən namizədliyim qeydə alındı. Mənə etimad göstərərək imza atan bütün Saatlı sakinlərinə minnətdarlığımı bildirirəm. Bu yola çıxmaqda əsas məqsədim Saatlının inkişafına təkan vermək, sakinləri narahat edən problemlərə onlarla birgə həll yolu tapmaqdır. İmzatoplama kampaniyası zamanı seçicilərlə ünsiyyətdən sonra doğru yolda olduğuma bir daha əmin oldum. Tezliklə onlarla daha yaxın ünsiyyətdə olub narahatlıq doğuran məqamları ətraflı müzakirə edəcəyik" - deyə Nahid Bağırov bildirib.

82030782-108601160673427-292170179717103616-n

Nəzərinizə çatdıraq ki, turizm sahəsindən Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov, eyni zamanda “ZD Travel” şirkətinin rəhbəri Vəli Dünyamalıyevin də namizədliyi qeydə alınıb. 

Hər üç həmkarımıza uğurlar arzulayırıq !

Paylaş