Turizmçilərdən seçkilərə namizədliyi qeydə alınanların sayı artır

 

Bundan əvvəl Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan turizmçilərin adlarını açıqlamışdıq.

Turizmplus.az xəbər verir ki, onların siyahısına "Baku Travel&Tourism" şirkətinin rəhbəri Əziz Şiriyev də əlavə olunub. O, 45 saylı Abşeron seçki dairəsindən namizədliyini irəli sürüb.

Yaxın günlərdə bu sahədən qatılan şəxslərin siyahısının daha da genişlənəcəyi ehtimal edilir.

Nəzərinizə çatdıraq ki, “ZD Travel” şirkətinin rəhbəri Vəli Dünyamalıyev 40 Saylı Kəpəz ikinci seçki dairəsindən, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov 37 saylı Nizami Birinci (Gəncə) dairəsindən, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov isə  62 saylı Saatlı seçki dairəsindən namizədliklərini irəli sürüblər.