Turizmçilər üçün seminar təşkil olunacaq - MƏLUMAT

 

"Pegas Touristik" şirkəti turizmçilər üçün növbəti seminar keçirəcək.

Şirkətdən Turizmplus.az-a verilən məlumata görə, Tayland (Pattaya, Ko Çang) mövzusunda keçiriləcək seminar 18 dekabr saat 16:00-da başlayacaq. Seminar zamanı menecerlərə Bakıdan uçuş proqramı, otel bazası və ekskursiyalar barədə məlumat veriləcək, sualları cavablandırılacaq. Seminarın müddəti 1 saat 30 dəqiqə təşkil edəcək.

Seminarda iştirak etmək istəyən şəxslər info@pegast.az ünvanına ad və soyadını göndərməklə qeydiyyatdan keçə bilərlər. Ünvan: Caspian Plaza (Korpus 3, mərtəbə 2)

 

Paylaş