Turizmçilər üçün növbəti Dubay İNFO-TURU baş tutacaq

 

Yerli turizm agentliklərinin nümayəndələri üçün Dubaya info-tur təşkil olunacaq.

Bu haqda Turizmplus.az saytına təşkilatçı şirkət "Pegas Touristik"dən məlumat verilib. Sentyabrın 21-26-sı tarixlərində baş tutacaq info-turda hər şirkətdən yalnız 1 nəfər iştirak edə bilər. Reklam turuna aviabilet (Bakı - BƏƏ - Bakı), 4* və 5* otellərdə yerləşmə, qidalanma, proqram üzrə transferlər, sığorta və ekskursiyalar daxildir. İştirak üçün 190 USD (324 AZN) ödəniş tələb olunub. 

Nəzərinizə çatdıraq ki, info-tura yerlər bitib. Ancaq yeni reklam turunun oktyabr ayında keçirilməsi nəzərdə tutulub. Əlaqə üçün (012) 436-73-83 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Qeyd edək ki, "Pegas Touristik" reklam turunda iştirakçının yanlış olması ehtimalında sorğunu ləğv etmək hüququna malikdir. 

Paylaş

Əvvəlkİ

Azərbaycanın turizm potensialının təbliğatı davam edir

Sonrakı

Qolf idman ustaları Azərbaycanda - FOTOLAR

Abunə olun

Xəbərlərimizə abunə olun