Turizmçilər Bələdiyyə seçkilərində

 

Hər kəsə məlumdur ki, bu ilin dekabrın 23-də Azərbaycanda Bələdiyyə seçkiləri baş tutacaq.

Turizmplus.az xəbər verir ki, turizm ictimaiyyətindən də bu seçkilərə qatılan namizədlər var. Onlardan biri illərdir turizm sahəsində çalışan, Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri, turizm ağsaqqalı Müzəffər Ağakərimovdur. O, 15 saylı Yasamal birinci seçki dairəsindən öz namizədliyini irəli sürüb. Qeyd edək ki, Ağakərimov Müzəffər Mehdi oğlu 1948-ci ildə Bakı şəhərində anadan olub.

79465605-2805848589459104-3284923921513578496-o

Digər turizmçi namizəd isə "AZE Group" MMC-nin direktoru, TravPort turizm şirkətinin rəhbəri Hənifəyev Kənan Bayram oğludur. Nəzərinizə çatdıraq ki, 1985-ci ildə Bakıda anadan olan Kənan Hənifəyev də 17 saylı Yasamal birinci seçki dairəsindən namizədliyini irəli sürüb.

78396994-10221675708507848-3291525947672494080-n

Xatırladaq ki, seçicilərin seçki zamanı 1 namizəddən 19 namizədə qədər səs vermək hüququ var.

Biz də Turizmplus.az Turizm İnformasiya Portalı olaraq həmkarlarımıza bu seçkilərdə uğurlar arzulayırıq. 

Paylaş

Əvvəlkİ

Почему не надо ехать в отель, который только что открылся

Sonrakı

Аэропорт “Внуково” отменил электронные посадочные

Подписывайся

Подписывайся на нашу рассылку