“Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” - KONFRANS


Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə 3-4 may 2019-cu il tarixlərində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr edilmiş “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda IV Beynəlxalq elmi-praktiki konfransı keçiriləcək.

Konfransın keçirilməsində əsas məqsəd XXI əsrdə dünyada turizm və rekreasiya ehtiyatlarının elmi baxımdan öyrənilməsi, mövcud problemlər və perspektivlər haqqında nəzəri və praktik əhəmiyyətli tövsiyyələr irəli sürməkdir.

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

1. Turizm və rekreasiya ehtiyatlarının tədqiqinin nəzəri və praktiki əhəmiyyəti ;

2. Turizm bazarı: müasir vəziyyət, problemləri və inkişaf perspektivləri ;

3. Turizm sahəsi üçün kadr hazırlığı ;

4. Turizmdə informasiya texnologiyalarının tətbiqi ;

5. Turizm və hotel təsərrüfatı.

Qeyd: 1-5 başlıqlara aid məqalələri conference@atmu.edu.az ünvanına göndərilməsini xahiş edirik.

6. Turizm biznesinin təşkili və idarəedilməsi ;

7. Turizm mədəniyyətlərarası dialoq vasitəsi kimi ;

8. Turizmin inkişafında dövlət və yerli özünü idarəetmə orqanlarının rolu ;

9. Turizm sektorunun maliyyə aspektləri.

Qeyd: 6-9 başlıqlara aid məqalələri conference_tourism@beu.edu.az ünvanına göndərilməsini xahiş edirik.

Konfransın işçi dili: azərbaycan, türk, rus