Turizm tələbələri üçün təqaüd proqramı - İNDONEZİYADA


İndoneziya hökümətinin və İndoneziya Respublikası Araşdırmalar, Texnologiya və Ali Təhsil Nazirliyi İndoneziyanin 16 universitetində bakalavr və magistr təhsili almaq istəyən tələbələr üçün “2019-cu il İnkişaf etməkdə olan ölkələrin əməkdaşlığı” adlı İndoneziya Təqaüd Proqramı təklif edir.

2019-cu il üçün təqaüd proqramı çərçivəsində namizədlər bu proqramda iştirak edən 16 qabaqcıl universitetdən birində təhsil ala bilərlər.

Təqaüd proqramların müddəti

· İndoneziya dili kursu və magistr hazırlıq proqramı – 12 ay

· Magistr proqramı – 24 ay

· Bakalavr proqramı – 48 ay

Təqaüd proqramı əhatə edir:

· 1,250,000 Rp – Yerləşmə xərci;

· 2,550,000 Rp (aylıq) —İndoneziya Dil kursu və hazırlıq proqramı müddətində yaşama xərci.

Aylıq xərclər:

· Yaşama xərci – 2,550,000 Rp;

· Araşdırma xərci – 400,000 Rp;

· Kitablar üçün xərc – 350,000 Rp;

· Sağlamlıq sığortası – maksimum 200,000 Rp (aylıq);

· Birdəfəlik gediş-gəliş beynəlxalq uçuş xərcləri və universitetə yerli nəqliyyat xərci.

Son müraciət tarixi: 12 Aprel 2019-cu il. Ətraflı məlumatı www.knb.ristekdikti.go.id. internet səhifəsindən əldə edə bilərsiniz.

Paylaş

Əvvəlkİ

Boeing 737 MAX-8 tipli təyyərələr Azərbaycana gətirilir - 10 ədəd

Sonrakı

Британия временно закрыла свое воздушное пространство для Boeing 737 MAX

Подписывайся

Подписывайся на нашу рассылку