Turizm tələbələri üçün Avstriyada təhsil imkanı


ATMU tələbələri Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində yaradılacaq növbəti “AATP BA Cohort 2019” qrupunda təhsil almağa dəvət edir.

Əgər Siz də xarici müəllimlərin təcrübəsindən yararlanmaq, Avstriyada bir semestr mübadilə proqramında iştirak etmək və ATMU-nu bitirdikdən sonra eyni vaxtda iki diplom qazanmaq istəyirsinizsə, bu fürsəti əlinizdən qaçırmayın.

Son qeydiyyat tarixi: 31 may 2019-cu il

Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) üzrə yaradılacaq növbəti beynəlxalq qrupda təhsil almaq istəyən tələbələrin nəzərinə!

ATMU-da 1-ci kursda oxuyan tələbələr yeni yaradılacaq AATP BA Cohort 2019 qrupunda təhsil almaq üçün 31.05.2019-cu il tarixinə kimi Beynəlxalq əlaqələr şöbəsində qeydiyyatdan keçə bilərlər.

Müraciət edən tələbələr müsahibə nəticəsində seçiləcəkdir!

Tələb olunan sənədlərin əsli və skan versiyası (PDF):

* CV ingilis dilində (Europass formatında)

* Motivasiya məktubu (Şablonu Beynəlxalq Əlaqələr şöbəsindən əldə edə bilərsiniz)

* Bakalavr ərizəsi (Şablonu Beynəlxalq Əlaqələr şöbəsindən əldə edə bilərsiniz)

* Şəxsiyyət vəsiqəsi və surəti

* Xarici passport və surəti

* Attestatın ingilis dilində tərcüməsi və notarial təsdiqi (Keyfiyyət Təminatı şöbəsinin Qeydiyyat bölməsindən əldə edə bilərsiniz)

* Tələbə bileti və surəti

* 2 ədəd 3x4 ölçülü şəkil (son 2 ayda çəkilmiş)

* Müvəffəqiyyət arayışı (dekanlıqdan əldə edə bilərsiniz)

* IELTS 5.5 sertifikatı və ya imtahana qeydiyyatdan keçmək barədə sənədin surəti

Əlavə məlumat üçün Beynəlxalq Əlaqələr şöbəsinə (201-ci otaq) müraciət edə bilərsiniz.

Humay Cəfərli h.jafarli@atmu.edu.az

Paylaş

Əvvəlkİ

В Holiday Inn состоится Medical Workshop

Sonrakı

Остров Комодо закроют для туристов

Подписывайся

Подписывайся на нашу рассылку