Turizm şirkətlərində saxtakarlıq halları ilə bağlı Dövlət Turizm Agentliyindən AÇIQLAMA

 

Dövlət Turizm Agentliyinə bu halların baş verməsi və araşdırılması ilə bağlı birbaşa müraciət daxil olmayıb. 

Bunu Turizmplus.az-a bəzi turizm şirkətlərində saxtakarlıq halları ilə bağlı açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bilidirib.

"Biz istehlakçıların hüquqlarının müdafiəsi üçün mexanizmlər üzərində düşünürük və işləyirik. Mexanizmlərdə bir neçə variant müzakirə olunur. İlin sonunda dövlət reyestrinin tətbiqinə başlanılacaq. Yaxın günlərdə ictimaiyyətə də bu haqda məlumat veriləcək. Bilirsiniz ki, Azərbacanda turizm sahəsində lisenziyalar ləğv edilib. Bunun üçün istehlakçıların hüquqları pozulanda onlar İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və yaxud birbaşa hüquq mühafizə orqanlarına müraciət edə bilərlər. 

Şikayətlər məsələsilə gəlincə, Dövlət Turizm Agentliyinə rəsmi olaraq bu gün üçün şikayətlərlə bağlı müraciətlər olmur. İstehlakçılar bu sahədə olan ictimai qurumlara müraciət edirlər. Bununla yanaşı monitorinqlər zamanı mediada və sosial şəbəkələrdə bu haqda məlumatlarla qarşılaşırıq. Ancaq birbaşa Agentliyə bu halların araşdırılması ilə bağlı müraciət daxil olmayıb" - deyə Kənan Quluzadə bildirib.

Paylaş

Əvvəlkİ

Türk Hava Yollarından biznes sinifi üçün ENDİRİMLİ QİYMƏTLƏR

Sonrakı

"Biz həmin şirkət deyilik" - "Deniz travel-turizm" şirkətinin rəhbəri

Abunə olun

Xəbərlərimizə abunə olun