"Turizm şirkətləri çəkilişlərimdən istifadə edib, müəllif hüquqlarını qorumurlar" - VAHİD HƏSƏNOV


Turizmplus.az-ın “Kokteyl” rubrikasının ilk qonağı Azərbaycan təbiətinin gözəlliklərini çəkdiyi foto və videolarla dünyaya çatdıran səyahətçi foto və videoqraf Vahid Həsənov oldu. 

Bir işin ərsəyə gəlməsi üçün nə qədər vaxt sərf edirsiniz? 

- Fərqli olur... Bir gün də ola bilər, bir həftə də. Hətta daha artıq. Havadan asılıdır. Ola bilər ki, getdiyim gün istədiyim hava olsun , olmayanda da gərək çadır qurum və havanın mənə uyğun olmasını gözləyim. Bir çəkiliş üçün sərf etdiyim ən uzun müddət isə 10 gün olub.  

Bu işə aparan yolda nələri yarıda buraxmısınız və nələrdən keçmisiniz? 

- Çox şeyi yarıda qoymuşam, elə şəxsi həyatımı da.  Bundan əlavə universitet təhsilimi də dayandırdım. II kursda oxuyurdum,  öz sevdiyim işi tapmışdım və oxuduğum sahadə təhsilimi davam etdirmək artıq mənə lazım deyildi. Bununla yanaşı vaxt baxımından da çatdıra bilmirdim. Əgər oxusaydım şəkilləri çəkə bilməyəcəkdim. İndi yenidən təhsil almaq istəyirəm. Bu dəfə isə öz sevdiyim – rejissorluq sahəsi üzrə. 

Hazırda məşğul olduğunuz sahə üzrə necə, təhsiliniz varmı? 

- Xeyr, özüm öyrənmişəm. Youtube-dan baxmışam və hələ də özüm özümə fotoqraf və ya videoqraf demirəm. Hələlik özümü həvəskar hesab edirəm.  

Təbiətdə çəkilişlər aparmaq həm də təhlükəlidir. Ekstremal vəziyyətlər sizdə hər hansı qorxu yaradırmı? 

- Doğrudur, bəzi hallarda təhlükəli vəziyyətlərlə qarşılaşmışam. Hətta ayı ilə üzbəüz gəldiyim, itlərin hücümlarına məruz qaldığım anlar da olub. Ancaq bu məndə qorxu yaratmır. Yəni qorxu olmuyub. Yüksəklikdə olan zaman da qorxu hiss keçirmirəm. Sevdiyin işi görəndə o hissi yaşamırsan. 

Sizin məşhurlaşdıran çəkilişiniz hansı oldu? 

- Əslində özümü məşhur kimi hiss etmirəm.  Ən cox yayılan işlərimdən biri Mingəçevir çəkilişi oldu. Ondan öncədə Şabran, Çıraqqala çəkilişləri kifayət qədər izlənmişdi. Məni tanımasalar da işlərim tanınır. Söhbət düşmüşkən onu da deyim ki, Mingəçevir videosunun hazırlanmasına 4 ay vaxt sərf etmişəm. 

Aydın məsələdir ki, işlərinizin bir çoxu sosial şəbəkələrdə yayımlanır. Müəllif hüquqlarının pozulması problemləri ilə qarşılaşırsınızmı? 

- Bəli. Düzü mənim qazanc yerim elə mənim işlərimdir. Turizm şirkətləri də şəkillərimi icazəsiz istifadə edəndə heç bir qazanc yerim qalmır. Məsələ orasındadır ki, şirkətlər bu şəkilləri pul qarşılığında alsalar mənə və işlərimə daha çox yararlı olar.

Qazancdan söz düşmüşkən. Təbiət fotoları ilə yanaşı digər çəkilişlər də edirsinizmi? Məsələn ad günü, toylar, “love story” və s. 

- Xeyr, çəkmirəm. Heç sevmədiyim işdir. Düşünürəm ki, insan gərək bir yerə fokslansın və bütün enerjisini o işə sərf etsin. 

Gələcək planlarınız hansılardır? 

- Azərbaycanın kəndlər barədə sənədli filmlər çəkmək arzusundayam. Bundan başqa "Bura Vətəndir" layihəsini bitirməyi planlaşdırıram. Gələcəkdə isə işlərimin nəinki Azərbaycan, dünya miqyasında yayımlanması üçün çalışıram.

Paylaş

Əvvəlkİ

Region hotellərində xidmət keyfiyyətinin artırılması üçün tədbirlər görüləcək

Sonrakı

Пассажирский самолет из-за ветра превысил скорость звука

Подписывайся

Подписывайся на нашу рассылку