Turizm sənayesi üzrə iş yarmarkası keçiriləcək

 

Aprelin 12-13 tarixlərində “Agro Mall” ticarət mərkəzində turizm sənayesi üzrə iş yarmarkası təşkil ediləcək. 

Turizmplus.az xəbər verir ki, yarmarka Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin “Young Card” layihəsi çərçivəsində turizm sənayesində gənclərin məşğulluq probleminin aradan qaldırılması məqsədi ilə keçiriləcək. 

Tədbirdə işsiz və iş axtaran vətəndaşlara dövlət və qeyri-dövlət sektoruna aid 100-dən çox müəssisə üzrə boş iş yerləri təqdim ediləcək. Belə ki, yarmarkada iştirak edə biləcək şirkət və qurumlar bunlardır: turizm şirkətləri, otellər, restoranlar, dəniz kənarı əyləncə mərkəzləri, klinikalar,, sığorta şirkətləri, banklar və s.

Qeyd edək ki, yarmarka zamanı müəssisələrdə qeydiyyatdan keçmiş iştirakçılar 1 ay müddətində müxtəlif sahələrdə təcrübə proqramlarında iştirak imkanı qazanacaqlar.

Tədbir əyləncələri şou proqram və hədiyyəli oyunlarla davam edəcək. 

Paylaş

Əvvəlkİ

Qoruqlarda “açıq qapı” günü təşkil ediləcək

Sonrakı

İşgüzar Tədbirlər Sənayesi Alyansı yaradılır

Подписывайся

Подписывайся на нашу рассылку