Turizm sahəsinə həsr olunmuş növbəti sərgi


15 mart 2019-cu ildə JW Marriott Absheron mehmanxanasında növbəti eksklüziv "Prime Travel Market" sərgisi baş tutacaq.

Turizmplus.az xəbər verir ki, tədbir bir neçə hissədən ibarət olacaq, hər biri turizm nümayəndələrinə kommunikasiya platforması kimi xidmət edəcəkdir. 

"Prime Travel Market" dünyanın lüks turizm nümayəndələrinə ən yaxşı səyahət şirkətləri ilə görüşmək və yeni işgüzar əlaqələr qurmaq imkanı yaradır. Eləcə də sərgi Azərbaycan bazarına daxil olmağı planlayan şirkətlər üçün yaxşı başlanğıc olacaq.

Sərgi "The Prime Management & Consulting" şirkəti və Azərbaycan Turizm Assosiyasiyası ilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyin dəstəyi ilə təşkil olunacaq.

Paylaş

Əvvəlkİ

Azərbaycan Hotel Assosiasiyasının yeni prezidenti təşkilatın üzvlərinə təqdim olunub

Sonrakı

Трамп запретил полёты Boeing 737 MAX в США

Abunə olun

Xəbərlərimizə abunə olun