Turizm sahəsində növbəti Forum baş tutub - VİDEOREPORTAJ

 

Bakı Gənclər Mərkəzində "Baku Business Management Center"in təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Qida Təhkükəsizliyi Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin dəstəyi, "Bakumart" şirkətinin baş sponsorluğu, Turizmplus.az Turizm İnformasiya Portalının media dəstəyi ilə "Horeca Forum Azərbaycan 2019" tədbiri baş tutub.

Turizmplus.az xəbər verir ki, moderatorluğunu Phd Sakit Səmədovun etdiyi tədbirdə  SKAL-ın Bakı prezidenti Ceyhun Aşurov "Otel və Mehmanxalarda kadr problemi", "Yeni imkanlar və Müasir trendlər", Bakı Tekstil Fabrikinin İcraçı direktoru Elçin Babayev "Turizmdə tekstilin rolu", "AREGALA-Eurasia and Central Asia" Vitse-prezidenti Mübariz Vəliyev  "Kulinariyada kadr hazırlığı və karyera yüksəlişi", Kolorit şirkətinin həmtəsisçisi Elfaq Əliyev "Yerli brend yaratmağın çətin tərfləri", "Markalaşma,standartlaşma,sistemləşmə" adlı mövzularda çıxış ediblər.

Qeyd edək ki, tədbirdə 300-ə yaxın ziyarətçi iştirak edib.