Turizm sahəsində ixtisaslaşan tələbələr bir araya gəlir - Tourism Students Meetup


Turizm sahəsində ixtisaslaşan tələbələr üçün Azərbaycanda ilk iri həcmli tədbir keçiriləcək.

Turizmplus.az xəbər verir ki, bu platforma turizm tələbələrinin professional biznes mühiti ilə tanışlığına imkan yaradacaq, turizm sənayesinin mütəxəssislərinin məsləhət və ən yaxşı nümunələrini dinləmək şansı verəcək,  suallarına cavab tapacağı bir platforma olacaq.

"Tourism Students Meetup" 400 nəfər turizm ixtisaslı tələbənin iştirakı ilə 23 Fevral, 12:30 tarixində Caspian Business Otelində baş tutacaq.

Qeyd edək ki, iştirak tam ödənişsizdir. Qeydiyyat mütləqdir. Tədbirdə yalnız turizm ixtisası istiqamətində oxuyan tələbələr iştirak edə bilər. Şəxsiyyət vəsiqəsini və tələbə biletini gətirməyənlər tədbirdə iştirak üçün buraxılmayacaq. 

Turizmplus.az "Tourism Students Meetup" tədbirinin rəsmi media dəstəkçisidir. Eyni zamanda spikerlərin çıxışları eksklüziv olaraq yalnız Turizmplus.az saytında yayımlanacaq.

Ətraflı məlumat və qeydiyyat üçün www.tourismstudentsmeetup.com linkindən istifadə etmək mümkündür.

Paylaş

Əvvəlkİ

"Yanar dağ" 3 gün ziyarətçi qəbul etməyəcək - ELAN

Sonrakı

Bütün hava limanlarında siqaret qadağası - CƏRİMƏLƏR

Подписывайся

Подписывайся на нашу рассылку