"Turizm polisi" və qaynar xətt yaradılacaq - AÇIQLAMA

 

Turizm polisinin yaradılması üçün işlər aparılır.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə bu yöndə aidiyyatı dövlət qurumları ilə danışıqlar aparılır.

"Dünyada bununla bağlı təcrübələr mövcuddur. Turistlər getdikləri ölkələrdə çətinliklə qarşılaşdıqları halda yardım üçün bir qurum və ya bir şəxs axtarırlar. Əslində, polis sözü çaşqınlıq yarada bilər ancaq onlar turistlərə xidmət göstərən şəxslər olacaq. Biz əlavə olaraq düşünmüşük ki, turistlərlə iş üçün qaynar xətt formalaşdırılsın. Turistlər də bilməlidir ki, ölkədə hər hansı problemlə üz-üzə qalanda bu qaynar xəttə müraciət etməklə həm məlumat ala bilər, həm də problemin həllini tapa bilərlər. Bu artıq turistlə dövlət araında kommunikasiya xətti olacaq" - deyə aparat rəhbəri bildirib.

Bu şəxslərə (turizm polisi) veriləcək uniformaların da hazır olduğu qeyd olunur.

Paylaş

Əvvəlkİ

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası təqdim olundu - FOTOREPORTAJ

Sonrakı

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv olmaq üçün standartlar

Подписывайся

Подписывайся на нашу рассылку