Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir - Orxan Məmmədov

 

Ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində son illər bu sahədə müasir standartlara uyğun yeni müalicə kompleksləri yaradılıb, mövcud turizm infrastrukturu yenilənib və əsaslı təmir olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) qeyri-neft sektorunun digər sahələrində olduğu kimi, turizm sahəsində də biznesin təşkili üçün kiçik və orta biznesə (KOB) dəstək xidmətləri göstərməyə hazırdır.

Bu fikri KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 3-cü Qlobal Sağlamlıq Turizmi Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyasındakı çıxışında bildirib.

Tədbirdə turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsinin, turizm klasterləşməsinin təşviqinin agentliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğu vurğulanıb, həmçinin KOB-lara göstərilən dəstək tədbirləri diqqətə çatdırılıb. Qeyd edilib ki,