Turizm kartlarından xəbər var


Bakı Turizm Kartı yay mövsümünə qədər istifadəyə veriləcək. Bu barədə Dövlət Turizm Agentliyinin rəsmisi Kənan Quluzadə məlumat verib.

Söyləyib ki, kartın konsepsiyasında nəzərdə tutulur ki, hansısa biznes strukturlarında güzəştlər olsun: “Kartlar artıq çapa göndərilib. Ölkə üzrə belə bir kartın yaradılması hələ ki, nəzərdə tutulmayıb. Ola bilsin ki, gələcəkdə Bakı təcrübəsi regionlarda da tətbiq edilsin”.

Qeyd edək ki, kartlar 24, 72 saatlıq və 1 həftəlik olacaq. Bu kartlar 24, 45 və 70 manatlıq nəzərdə tutulub.

AZƏRTAC 

Paylaş

Əvvəlkİ

Heydər Əliyev Beynəlxalq Aeroportu yenə də ən yaxşıların siyahısında

Sonrakı

В России создали первую частную турфирму для полётов в космос

Подписывайся

Подписывайся на нашу рассылку