“Turizm destinasiyasının ən yaxşı təqdimatı” - NÖVBƏTİ UĞUR


Azərbaycan “MITT 2019” sərgisində iştirakını uğurla davam etdirərək təşkilatçılar tərəfindən “Turizm destinasiyasının ən yaxşı təqdimatı” nominasiyası ilə təltif olunub.

Turizmplus.az xəbər verir ki, stenddə 2019-cu il mayında Bakıda təşkil olunacaq UEFA-nın Avropa Liqasının final kubokunun nümayiş etdirilməsi sərgi iştirakçılarının və ziyarətçilərin böyük marağına səbəb olur.

Qeyd edək ki, 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” (WTM 2018) sərgisindən başlayaraq bütün beynəlxalq sərgilərdə Azərbaycan stendi yeni loqo və brend konsepsiyasına uyğun olaraq dizayn edilir. Azərbaycan stendi ilin əvvəlində “EMITT 2019” “Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi”ndə “Ən yaxşı təşkil olunmuş stend” nominasiyası ilə təltif olunub.

Xatırladaq ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun tə