Turizm biznesinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib - FOTOLAR

 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti müzakirəsi turizm biznesindəki mövcud vəziyyət və perspektivlərə həsr olunub.

Turizmplus.az xəbər verir ki, bununla bağlı oktyabrın 10-da keçirilən Forumda müxtəlif dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

DSC06891-JPG

Forumda turizm biznesi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib, sahibkarlar və vətəndaş cəmiyyəti institutları tərəfindən turizm biznesi sektorunun inkişafına dair müxtəlif təkliflər səsləndirilib, müzakirələr aparılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Forumun dövlət-özəl dialoqu üçün əlverişli platforma olduğunu, tədbir çərçivəsində maraqlı təkliflərin səsləndiriləcəyinə əminliyini bildirib.  

Qeyd olunub ki, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması Agentliyin əsas fəaliyyət istiqamətlərindəndir və KOBİA yanında İctimai Şurada bir sıra ictimai təşkilatlar, o cümlədən  Azərbaycan Turizm Assosiasiyası təmsil olunur.

Orxan Məmmədov turizm biznesi sahəsinə dair bir sıra təkliflərdə səsləndirib.